Böyük Britaniyadakı supermarketlər bitki yağının satışını bir müştəriyə ən çoxu iki butulka olmaqla məhdudlaşdırıb.

BBC xəbər verir ki, bu cür qaydalar “Waitrose” və “Morrisons” pərakəndə satış şəbəkələrində tətbiq edilib. “Tesco” supermarketlərinə bir müştəriyə maksimum üç butulka yağ almağa icazə verilib. Bəzi mağazalar hətta zeytun və kolza yağının satışına da məhdudiyyətlər qoyub.

Bu addım Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda tədarük zəncirində yaranmış problemlər səbəbindən tətbiq edilib. İş ondadır ki, Böyük Britaniyaya günəbaxan yağının çox hissəsi Ukraynadan gətirilir. Hazırda satıcılar ona əvəzləyici axtarır.

“Bloomberg”in məlumatına görə, Britaniya Pərakəndə Satış Konsorsiumunun əməkdaşı Tom Holder bu addımın məhsulun hamı üçün əlçatanlığını təmin etmək üçün atıldığını və müvəqqəti xarakter daşıdığını bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN