Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, külli miqdarda dələduzluqda təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən Afaq Saatova deyib ki, əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə birinci il üçün 1500 manat pul verib. Lakin sonradan ödənişin sistemə oturmadığı məlum olub: "Pulu şəxsən Dürdanə xanıma verdim. Dedi sistemdə problem var ona görə nağd şəkildə ödəməlisən. Bir neçə ay sonra zəng etdilər ki, sizin ödənişiniz daxil olmayıb. Dəymiş ziyanın ödənilməsini tələb edirəm".

Şahid vəkilin sualını cavablandırarkən deyib ki, bununla bağlı sabiq rektor Nurlana Əliyevanın yanına gedib şikayət etsə də, bir nəticəsi olmayıb: "Dedi ki, gərək rəsmi olmadan ödəniş etməzdin".

İlk təhsilini Gürcüstanda alan digər şahid Xuraman Rüşdüova isə təqsirləndirilən şəxslə razılığa əsasən, 3 illik təhsil müddətini 2 ilə bitirməli olduğunu bildirib. Şahid deyib ki, verdiyi 2 min manat təhsil ödənişi sistemə daxil olmadığı üçün hazırda universitet tərəfindən təhsili dondurulub: "Universitetdən zəng edib dedilər ki, sizin borcunuz var, gəlin illiyi ödəyin. Mən də ödəyə bilmədim. Sonradan dedilər təhsiliniz dondurulub. Bəlkə də qovublar".

Hakim Əli Məmmədov şahiddən nəyə görə gedib universitetin rektorundan haqqını tələb etmədiyini soruşub: "Gedərdin Nurlana Əliyevanın yanına, yaxasından yapışardın ki, mən iki min manat vermişəm".

Proses mayın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. (APA)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN