Lənkəran rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Baş Prokurorluqdan Tezadlar.az-a verilən məlumata görə, müəyyən edilib ki, Lənkəran rayonunun Bəliton kəndində yerləşən 8 saylı dolayda müxtəlif cinsli bir ağacın kökünün kəsilməsi və üç ağacın kökünün kəmərlənərək zədələnməsi nəticəsində 260 manat ziyan dəyməsi faktı ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.

Eyni zamanda, Baş Prokurorluq tərəfindən aparılmış yoxlama nəticəsində vəzifəli şəxslərinin fəaliyyətində qanun pozuntularını doğuran səbəb və şərait aşkar olunduğundan onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə təqdimat göndərilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN