İyunun 9-da Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə Bakı şəhər sakini N.Eyvazovun bank hesabından 383 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini T.Almasi müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.