Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hadisə yerinə dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb ediliblər.
Çevik müdaxilə nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.