DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin yorğun, yuxusuz idarə olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Məlumatda deyilir:

"Təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Son günlər, xüsusilə yük avtomobillərinin sürücüləri arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onlara yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir. Ümid edirik ki, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışımıza biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN