Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısnı alıb.

DSX-nın rəsmi saytına istinadən Tezadlar.az xəbər verir ki, 2022-ci il iyunun 7-də saat 22:15-də DSX-nın "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran tərəfdən Azərbaycan dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd naryadı tərəfindən "dayan" əmri verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd ediblər.

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880 qram narkotik vasitə "marixuana"ya bənzər maddə aşkar olunaraq götürülüb. Digər sərhəd pozucusu İran ərazisinə qaçıb.

İyun ayının 12-si saat 01:50-də isə Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə məlumat daxil olub.

Cənub regional şöbəsinin "Mayak" sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanmışdır. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15180 qram – "marixuana", 7175 qram – "tiryək", 500 qram – "heroin") bənzər maddələr və1543 ədəd psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN