Bu gün Tibb işçilərinin peşə bayramı günündə Tərtər rayon Mərkəzi Xəstəxanasının həyətində şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Tərtər rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsin direktoru, Şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bölgə müxbirimiz xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır: “44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşadıb. Bu qələbənin qazanılmasında itkilərimiz də olub. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik”.

Tədbirdə iştirak edən şəhid ailələri və qazilər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN