İyulun 8-dən sentyabrın 30-dək Qazaxıstan Respublikasının ərazisindən buğda,meslin (buğda və çovdar qarışığı - red ), buğda unu və buğda-çovdar ununun ixracına kvotalar tətbiq edilib.

Bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, Qazaxıstan Respublikasının ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə buğda və meslin, buğda və buğda-çovdar ununun ixracına kəmiyyət məhdudiyyətləri qoyulur.

Xatırladaq ki, bir müddət öncə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilmişdi ki, iyunun 15-dək ölkədə 1 milyon ton buğda və 300 min ton un ixracı üçün kvota var.

Qeyd edək ki, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın həcmi isə təxminən 1,9 milyon tondur. İndiyədək Azərbaycan buğda tələbatının 60%-ə yaxınını yerli istehsal hesabına ödəyib. Dünyada buğda ixracının 29%-i Rusiya və Ukraynanın payına düşür. 

Ölkəmizə əsasən Rusiya, Qazaxıstan və Ukraynadan taxıl idxal olunur - daha çox hissəsi Rusiyadan.

DSK-nin məlumatına görə, ötən il Azərbaycana buğda idxalı 1,148 milyon ton olub. İdxal olunan buğdanın 1,088 milyon tonu Rusiyadan gəlib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN