2022-ci ilin ötən 6 ayı ərzində sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 546 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 36,6 milyon manat kredit ayrılıb.
TEZADLAR.AZ