Rəsmi Moskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır.

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiya Prezidenti Vladimir Putin bunu dünənki bəyanatında deyib. Sitat: “ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə Cümhuriyyəti və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, qablaşdırılsın, yəni: biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyini də istəyirik..."

Xatırladırıq ki, Ukrayna taxılının maneəsiz daşınması üçün Türkiyə bütün mümkün çıxış yollarını təklif edib. Həm Rusiya, həm də ABŞ-la danışıqlar davam edir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN