booked.netbooked.net booked.net  

Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır.

Qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir. Yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Belə ki, daxil olmuş müraciətin araşdırılması zamanı fiziki şəxs Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından fiziki şəxs Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub. Bununla əlaqədar fiziki şəxs Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq fiziki şəxs Ə.Kərimova “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.

****

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının göstərişinə görə, əmtəə nişanlarının geniş tanınması üçün aşağıdakı şərtlər olmalıdır:

a) Əmtəə nişanı sahibinin müvafiq ölkədə real və effektiv sənaye və kommersiya təsisatı olmalıdır. Başqa sözlə, sözügedən əmtəə nişanı həmin ölkədə dövriyyədə olmalıdır;

b) Əhalinin böyük hissəsi əmtəə nişanının aid olduğu mallara və ya xidmətlərə maraq göstərməlidir;

c) Əhalinin böyük hissəsi həmin nişanı tanımalıdır.

Qeyd edək ki, əmtəə nişanları və coğrafi göstəriciləri haqqında Azərbaycan Respublikasının qanunun (bundan sonra “Qanun”) 30-cu maddəsi qeydiyyata alınmış əmtəə nişanının istifadə edilmədiyi hallarda qeydiyyatının ləğvini nəzərdə tutur: “Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası qeydiyyata xitam verə bilər”.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN