Əhali tərəfindən 2 milyard 404 milyon kubmetr təbii qaz istehlak olunub - 6 ayda

Qeyd edək bu barədə  Dövlət Statistika Komitəsinin  məlumatında bildirilir.

 Beləliklə, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20 milyard 406,3 milyon kubmetr təşkil edib.

Ehtiyatların 86,3 faizi hasilatın, 13,7 faizi qalığın hesabına formalaşıb. Təbii qazın 31,8 faizi istehlak, 55,6 faizi ixrac olunan, 2 faizi itkiyə gedən, 10,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 62,9 faizi istehsal ehtiyaclarına sərf olunub, 37,1 faizi isə əhaliyə satılıb.

Bidirilir ki, ölkədə əhali tərəfindən 2 milyard 404 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox təbii qaz istehlak olunub.

Yarım il ərzində təbii qazın ixracında da artım olub.

Beləki cari ilin yanvar-iyun aylarında 11 milyard 350,3 milyon kubmetr və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çox təbii qaz ixrac edilib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN