Qazaxıstanda son bir həftədə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətləri 0,2%, ayın əvvəlindən 0,4%, ilin əvvəlindən isə 18,7% artıb.

Bu barədə ölkənin statistika qurumu məlumat yayıb.

İllik ifadədə həmin məhsullar 18,1% artıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.

 Milli Statistika Bürosunun məlumatına görə, ötən həftə qiymətlərdə ucuzlaşma da baş verib: soğan - 4,6%, kartof - 1,8%, ağ kələm - 1,7%, yerkökü - 1,5%.

Son bir həftə ərzində duz - 1,3%, günəbaxan yağı - 1,3% bahalaşıb.

Qazaxıstan Respublikasında SƏƏS (sosial əhəmiyyətli ərzaq məhsulları) siyahısında bəzi məhsulların orta qiyməti (16 avqust 2022-ci il tarixinə):  toyuq əti - 1163 tenge/kq, günəbaxan yağı - 844 tenge/l, duz - 63 tenge/kq təşkil edib.

 Milli Statistika Bürosunun məlumatına görə, sosial əhəmiyyətli ərzaq məhsulları siyahısına 19 ad daxildir.

 Qeyd edək ki, Azərbaycanda da ilin əvvəlindən indiyədək ərzaq məhsullarında 18,4% bahalaşma qeydə alınıb.

Bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Ölkədə cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində baş verib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN