Məlum olduğu kimi, avqustun 15-dən Azərbaycanın şimal bölgəsində yanğınlar davam edir.

Təəssüflə bildirmək lazımdır ki, bu dəfəki  yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub". Tezadlar.az AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Qubada jurnalistlərə açıqlamasında bildirib. Sitat:. "...Yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar. Çox şükür olsun ki, bu yanğın hadisələri zamanı xəsarət alan olmadı. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər”.

Bəli, dəfələrlə deyilməsinə baxmayaraq vətəndaşlar yanğın təhlükəsi yaradan mənbələrlə favranmada səhlənkarlığa yol verirlər. Nəticədə nəinki Azərbaycanın, ümumilikdə, planetimizin ekoloji durumuna ağır zərbə vurulur. Yüz illərlə ərsəyə gətirilmiş meşələr və yaşılıqlar bir səhlənkar hərəkətlə anidən məhv edilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN