Qazaxıstanda şəkər bir ildə nəzərəçarpacaq dərəcədə - 87% bahalaşıb.

  Bu barədə Energyprom.kz məlumat yayıb.

 Lakin qəribəsi  budur ki,  şəkər istehsalında 9% artım baş verməyinə baxmayaraq, şəkərin qiyməti yüksəlib…

 Belə ki, ölkədə 2022-ci ilin yanvar-iyun aylarında 149,1 min ton şəkər istehsal edilib ki, bu da ötən ilkindən 9% çoxdur.

Cari ilin yanvar-may aylarının yekunlarına görə, yerli şirkətlər şəkərə olan tələbatı (daxili bazarda satış üstəgəl ixrac) bir il əvvəlki 48 faizə qarşı 57,1 faiz təmin ediblər.

 İdxalın payı müvafiq olaraq 52%-dən 42,9%-ə qədər azalıb. Ölkəyə 63,5 min ton şəkər idxal edilib ki, bu da il ərzində mənfi 38,9% təşkil edir.

 Daxili bazarda satışın həcmi də azalıb: 25,6%  - 147,7 min tonadək düşüb.

 Bu ilin iyul ayında Qazaxıstanda şəkərin kiloqramı orta hesabla 537 tenge  (1 manat 92 qəpik) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,6% çoxdur.

 Şəkərin bahalaşması ən çox Jambil vilayətində baş verib: əvvəlki ildən 2,2 dəfə çox.

Ölkənin iri şəhərləri arasında kiloqramı ən baha satılan şəkər Almatıda - 581 tenge (2.07 manat), Konayevdə - 555 tenge (1.98 manat) olub. Ən aşağı qiymət isə Aktobedə - 449 təngə (1.60 manat) qeydə alınıb.

 Qeyd edək ki, Azərbaycanda da şəkərin qiyməti ötən illə müqayisədə  bahalaşıb.

Hazırda “Azərşəkər”in 5 kiloqramlıq şəkər tozu 9,36 manata, “RİÇMAND”ın 800 qramlı qutusu 1 manat 67 qəpiyə, “GÜLÜM”ün 800 qramlıq qutusu isə 1 manat 59 qəpiyə satılır.

Eyni zamanda, “Azərşəkər” kəsmə qəndin kiloqramı 2 manat 19 qəpiyə, "Azərşəkər" kəllə qəndin 800 qramlıq qutusu isə 2 manat 31 qəpiyə satılır.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN