Rusiyanın neft ehtiyatları 39 ilə bitəcək.

Rusiyanın texnoloji cəhətdən çıxarıla bilən neft ehtiyatları 39 il, təbii qazı isə hələ 62 il davam edəcək.

Bu barədə “Rosnedr” şirkətinin rəhbəri Yevgeni Petrov bildirib.

O, “Rossiyskaya qazeta”nın suallarını cavablandırarkən bildirib ki,  “Bu il yanvarın 1-nə olan vəziyyətə görə, 39 il ərzində texnoloji cəhətdən çıxarıla bilən neft ehtiyatlarımız var”.

Həmçinin əlavə edib ki, iqtisadi cəhətdən bərpa edilə bilən ehtiyatlar (2021-ci ilin sonunda bir barrel üçün 70-80 dollar qiymət səviyyəsində satıla bilən ehtiyatlar) 33 il davam etməlidir.

Petrovun sözlərinə görə, ölkənin texnoloji cəhətdən bərpa oluna bilən təbii qaz ehtiyatları isə 62 ilə bəs etməlidir.

Xatırladaq ki, Rusiyanın "Qazprom" şirkəti sanksiyalar səbəbindən sentyabrın 3-dən etibarən Avropaya qaz nəqlini dayandırıb. Daha əvvəl bunun texniki səbəblərdən baş verdiyi bildirilsə də, sonradan Kremlin sözçüsü Dmitri Peskov da qaz nəqlinin sanksiyalar səbəbindən dayandırıldığını təsdiqlədi.

Qeyd edək ki, avqustun 22-də Avropada birja qiymətləri qazın min kubmetri üçün 2,8 min avro civarında olanda Rusiya FTŞ-nın sədr müavini Dmitri Medvedev  bu qiymətin 3-4 min avroya və ya daha çox yüksələ biləcəyini bildirmişdi. 

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen isə bilirmişdi ki, Rusiya nefti ilə yanaşı, Rusiya qazına da qiymət limiti qoyulacaq və bununla da ölkə istədiyi qiymətə satış gerçekləşdirə bilməyəcək...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN