Binada temperatur 19 dərəcəyədək endiriləcək

Norveç parlamenti (Storting)  bu gün elektrik enerjisinə qənaət etməyə yönəlmiş bir sıra yeni tədbirləri açıqlayıb. Belə tədbirərdən biri də enerji istehlakını azaltmaq üçün parlamentin saunasını bağlamaq olub.

Bu barədə  “The Local” nəşri yazıb.

Bildirilir ki, Parlamentdə sauna bağlanır, otaqlarda temperatur aşağı düşür, parlamentin ofislərində əlavə qızdırıcılar çıxarılır.

"Avropa ciddi enerji böhranının ortasındadır və Storting enerjiyə qənaət səylərinə töhfə vermək istəyir. Buna görə də biz elektrik enerjisi istehlakını dərhal azaltmağa kömək edəcək bir sıra təcili tədbirlər görürük", -deyə Stortingin spikeri Məsud Qaraxxani bildirib.

Parlament binalarında havanın temperaturu 20-22 dərəcədən 19-20 dərəcəyə enəcək. Bundan əlavə, yeni tədbirlərə  istifadə olunmayan otaqlarda işıqların söndürülməsi, ventilyasiya və isitmənin, eləcə də xarici işıqlandırmanın azaldılması da daxildir.

"Biz istilik izolyasiyasının artırılması və ventilyasiya sistemlərinin təkmilləşdirilməsi kimi daha böyük təsir potensialına malik bir sıra uzunmüddətli enerjiyə qənaət tədbirləri üzərində işləməyi davam etdirəcəyik. Bundan əlavə, günəş panellərinin quraşdırılmasını nəzərdən keçirəcəyik", - Qaraxxani bildirib.

Xatırladaq ki, ölkənin dəmir yolu şəbəkəsini idarə edən Norveç dövlət agentliyi Bane Nor enerji sərfiyyatını azaltmaq üçün dəmiryol stansiyalarında temperaturun aşağı salınacağını açıqlamışdı.

 Qeyd edək ki, bir müddət əvvəl Norveçin neft-qaz şirkəti “Equinor” Rusiyadakı aktivlərini 1 avroya “Rosneft”ə satıb. Bunun müqabilində Rusiya şirkəti 1 milyard dollarlıq investisiya öhdəliyini yerinə yetirməlidir.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN