Saxta spirtli içkilərin satışı həmişə olub, olur, belə getsə, yenə də olacaq...

Tamahkar sahibkarlar anlamaq istəyir ki, saxtakarlığın ömrü uzun çəkmir. Çünki saxta spirtli içkilərdən zəhərlənib ölənlərin taleyi hüquq mühafizə orqanlarında araşdırılanda, baiskar dərhal bilinir... Budur, Bakıda daha bir şərab evində saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkarlandı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Təzadlar"a verilən məlumata görə, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında, paytaxtın Xətai rayonu, G.S.Mehmandarov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus “Wine House” şərab evində Agentlik əməkdaşları tərəfindən araşdırma aparılıb. Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik “Absolut Vodka”, 2 ədəd 0,7 ml-lik “Neft Vodka”, 3 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Delikat”, 1 ədəd 1l-lik “Nemiroff Vodka Delikat”, 2 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Original”, 2 ədəd 1l-lik “Nemiroff Vodka Original”, 1 ədəd 0,5 ml-lik “Nemiroff Vodka Original” və 1 ədəd 1l-lik “Nemiroff Vodka Wheat” əmtəə nişanlı saxta araq məhsulları aşkar edilib. 

*** 

Bəs cəza nə olub? Bax bu maraqlıdır. 100-200 manat cərimə ilə canını qurtaran belə sahibkarlar həmin cərimənin yerini doldurmaq üçün daha əhatəli saxtakarlığa getməli olurlar. Deməli, daha sərt tədbirlər görülməlidir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN