Geri ödəniş hansı pensiyaçılara şamil olunmayacaq?

 

Pensiyalarda yeni amnistiya tətbiqi ilin əvvəlindən başlanacaq

***

Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin növbəti iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.

Bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili diqqətə çatdırıb ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

“Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq”,- o, bildirib.

Vüqar Bayramov izah edib ki, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən, həmin ödəniş geri istənilməyəcək.

O, vurğulayıb ki, dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.

Millət vəkilininn sözlərinə görə, həmin məbləğ pensiyaçıdan tutulan zaman 10-20%-dən artıq olmayacaq və həmin şəxsin büdcəsinə pis təsir etməyəcək…

“ Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır”, - deyib.

Həmçinin bildirib ki, bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək.

 Vüqar Bayramov əlavə edib ki, yeni dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir.

Millət vəkilinin sözlərindən belə məlum olur ki, əmək pensiyalarının vətəndaşlara daha çox artıq ödənildiyi dövr 2020-ci ilədək olub və bu baxımdan, yeni dəyişiklik çox adamın büdcəsinə ziyan vurmayacaq…

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN