Təlabat niyə yüksəldi?..

***

Azərbaycanda yanvar-noyabr aylarında 1 milyon 167 min 957 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən buğdanın dəyəri 398 milyon dollar olub.

2021-ci ilin müvafiq dövründə dəyəri 287,5 milyon dollar olmaqla 1 milyon 17 min 503 ton buğda idxal edilib.

***

Statistika Komitəsinin məlumatında isə bildirilir ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 890,2 min ton buğda idxal edilib.

Hər bir halda, ölkəyə idxal olunan buğdanın həcmi bu il artıb. Hansı ki, bu il 44 aqroparkın 181 min hektar əkinə yararlı ərazisinin 71%-i və ya 127.2 min hektarı əkin dövriyyəsinə cəlb edilib. Aqroparklarda 2022-ci ildə 152 min ton buğda (ərzaqlıq 89 min ton, toxumluq 31 min ton, yemlik 32 min ton) istehsal edilib. Və bu il ötən ilkindən 33 min ton çox ərzaqlıq buğda istehsal olunub.

 Qeyd edək ki, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. 

DSK-nin məlumatına görə, ötən il Azərbaycana buğda idxalı 1,148 milyon ton olub. İdxal olunan buğdanın 1,088 milyon tonu Rusiyadan gəlib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN