Ukraynanın sabiq prezidentinin 1,6 milyard dollarlıq sərvəti müharibə başlayandan bəri xeyli zərər görüb...

Ukraynanın keçmiş lideri Petro Poroşenko milyarder statusunu itirib, bu barədə Forbes jurnalı məlumat yayıb.

 Sayt 20 ən varlı ukraynalı iş adamının reytinqini dərc edib, onların arasında qənnadı konserninin sahibi Roşen Poroşenko 12-ci yerdədir.

 Qeyd olunur ki, fevralda onun sərvəti 1,6 milyard dollar, dekabrda isə 730 milyon dollar qiymətləndirilib.

 Qəzet yazır ki, 20 ən varlı ukraynalının sərvəti 2022-ci ilin fevralından bəri 20 milyard dollardan çox azalıb.

***

Qeyd edək ki, Petro Oleksiyovıç Poroşenko 2014-2019-cu illərdə Ukraynanın sayca beşinci prezidenti olub. O, eyni zamanda biznesmen, milyarderderdir. Forbes  jurnalının 2013-cü ildəki  reytinq cədvəlinə nə görə, öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tuturdu (varidatı — $1,8 milyard idi). O, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti olub.

1998-2005 -ci və 2006-2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr  2005-ci il), Ukrayna Milli Bankı Şurasının rəhbəri (2007- 2012 ci illərdə), Ukraynanın xarici işlər naziri (2009-2010-cu illərdə), Ukraynanın iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci illərdə) olmuşdur.

Poroşenko dünyaca məşhur, həmçinin adı hamımıza tanış olan "Roshen" qənnadı fabrikinin və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN