Hər bir kəs yeni tikilən binalarda və hər cür şəraiti olan rahat mənzillərdə yaşamaq istəyir. Lakin nəqd şəkildə ödəməklə mənzil sahibi olmaq hamıya müyəssər ola bilirmi? Məhz bu zaman mənzil alıcıları yeganə yolun ipoteka ilə mənzil almaq olduğunu düşünürlər. Lakin ipotekanın da öz maaş şərtləri var və bu şərtlər bölgələrə görə dəyişir.
***
"Müqayisə et" portalının mütəxəssisləri Rusiya bölgələrində ipoteka üçün orta əmək haqqının siyahısını dərc edib.
Belə ki, analitiklər yeni tikililərin orta qiyməti ilə bağlı “Russtat”ın məlumatlarına əsasən, orta aylıq ödənişini hesablayıblar.
Nəticədə məlum olub ki, ipoteka üçün az maaş tələb olunan Kabardin-Balkariyadadır - ayda 29 095 (təqribən 700.39 AZN) rubl. Üçlüyə daha sonra Dağıstan - 37 803 rubl (təqribən 910 AZN) və Qaraçay-Çərkəz - 38 818 rubl (təqribən 934.44) daxildir.
Bundan əlavə, ipoteka ilə mənzil almaq üçün ən çox qazanc əldə edilməsi tələb olunan regionların reytinqinə Moskva - 301 074 rubl (təqribən 7247.58 AZN), Sankt-Peterburq - 193 417 rubl (təqribən 4656 AZN) və Leninqrad vilayəti - 162 844 rubl (təqribən 3920 AZN) daxildir.
***
Analitiklərin təqdim etdiyi siyahıdan göründüyü kimi, Rusiyanın ən bahalı regionları Moskva, Sankt-Peterburq və Leninqrad vilayətidir. Burada tələb olunan aylıq maaş məbləği (orta əmək haqqı) heç də hər adamın cibinə görə deyil.
JASMİN