Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyə olunub. 

Qeyd edilən dəyişikliklər ilə bağlı iqtisadçı millət vəkili Vüqar Bayramov medianın və eləcə də vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq izah edib ki, dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək.

O, diqqətə çatdırıb ki, ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir.

 Vüqar Bayramovun sözlərinə görə, həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

O, dəyişikliyin ümumi mahiyyətini bununla izah edib ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək.

 Onun sözlərinə görə, bu, fonda imkan verəcək ki,  pensiyaları artırsın:

“Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin”, - deyə qeyd edib.

 Həmçinin vurğulayıb ki, riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək.

“Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu, pensiya təminatının da güclənməsinə xidmət edəcək”, -millət vəkili diqqətə çatdırıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN