Azərbaycanda müxtəlif sektorlarda 200-dən çox ABŞ şirkəti təmsil olunur.


Bunu ABŞ-nin iqtisadiyyat və geosiyasət eksperti Kayl İnan deyib.

O, diqqətə çatdırıb ki, Azərbaycanın enerji sektoru ABŞ investorları üçün xüsusi maraq doğurur və ABŞ şirkətləri uzun illərdir ki, ölkəmizin enerji ehtiyatlarının işlənməsində iştirak edirlər.

Ekspert diqqətə çatdırıb ki, “Chevron”, “ExxonMobil” kimi Amerika şirkətləri BP ilə birlikdə Azərbaycanın neft-qaz sektoruna sərmayə qoyub, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” neft-qaz yataqlarının işlənməsində iştirak ediblər.

Həmçinin ABŞ investorlarının enerji sektorundan əlavə, infrastruktur və tikinti, telekommunikasiya, kənd təsərrüfatı və qida emalı, maliyyə xidmətləri turizm kimi digər sektorlara da maraq göstərdiklərini qeyd ediblər.

O, indiyədək ABŞ şirkətlərinin Azərbaycanda magistral yolların, hava limanlarının və digər infrastruktur layihələrinin tikintisində, mobil rabitə və internet şəbəkələrinin inkişafında iştirak etdiyini, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalına, qida emalı sənayesinə, Azərbaycanın bank və sığorta sektorlarına sərmayə qoyduqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır. 

Otən il Azərbaycan ilə ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsi yarım milyard dollaradək olub.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN