Müasir dövrdə bank müştəri və onun əməliyyatları barədə məlumatların saxlanmasını və əməliyyatların faktiki icrasını həyata keçirir.

Müştərilərə əməliyyatların icrası üçün lazım olan məlumatlar və proqram interfeysləri isə müştərinin razılığı əsasında üçüncü tərəf və ya tərəflərin vasitəsilə təqdim olunur. Açıq bankçılıq yanaşmasının əsasında məhz bu durur.

Bunu bank üzrə mütəxəssis Bəxtiyar Məmmədov açıq bankçılğın məğzini izah edərkən bildirib.

O, qeyd edib ki, ölkəmizdə  açıq bankçılıq sahəsində bir sıra addımlar atılıb və Mərkəzi Bank tərəfindən tətbiq edilmiş “Ani ödənişlər sistemi”nin bir sıra açıq bankçılıq imkanları var.

Mütəxəssisin sözlərinə görə, bu imkanlar banklar tərəfindən texnoloji sistem olaraq Mərkəzi Bankla inteqrasiya edilib və bu istiqamətə ümumi baxış olaraq Mərkəzi Bank tərəfindən 2021-2025-ci illəri əhatə edən “Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi” də hazırlanıb.

Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, yol xəritəsində növbəti illərdə həm qanunvericilik bazasının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə texnoloji mühitin yaradılması, açıq bankçılıq infrastrukturu iştirakçılarının fəaliyyətinin təmin edilməsi və fəaliyyətə nəzarətin təşkili kimi tədbirlər nəzərdə tutulub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN