2021-ci ilin müvafiq rübü ilə müqayisədə artım 22,9%, real ifadədə isə 2,8% təşkil edib.

Qazaxıstan Respublikasında 2022-ci ilin 4-cü rübündəki qiymətləndirməyə görə əmək haqqının median dəyəri (əmək haqqı diapazonunun mərkəzi səviyyəsi) 204,168 tenge (təqribən 749.52 AZN) təşkil edib.

Bu barədə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun mətbuat xidməti məlumat yayıb

“Dördüncü rübdə orta əmək haqqının səviyyəsinin artması ilin sonunda mükafatlar və bayram ödənişləri hesabına əməkhaqqı fondunun artması ilə bağlıdır. Orta əmək haqqı hesablanarkən, əmək haqqı fondu işçilərin sayına bölünür. İşçilərin sayı və əmək haqqı haqqında büroya hesabat vermiş müəssisə və təşkilatlardan məlumat alırıq. Qeyd edim ki, məlumatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik müəssisələr nəzərə alınmadan təqdim olunur”, -deyə  Büronun əmək statistikası və həyat standartları Departamentinin direktoru Natalya Belonosova izah edib.

2021-ci ilin müvafiq rübü ilə müqayisədə orta aylıq əməkhaqqının ən çox artımı tikinti sektorunda - 42 faiz, yaşayış və qida xidmətlərinin göstərilməsi sahəsində - 32,6 faiz, informasiya və rabitə sahələrində - 31,9 faiz olub.

Digər növ xidmətlərin göstərilməsində isə 2021-ci ilin müvafiq rübü ilə müqayisədə orta aylıq nominal əməkhaqqının 2,4 faiz azalması qeydə alınıb.

2022-ci ilin 4-cü rübündə Qazaxıstanda nominal əmək haqqının orta dəyəri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik müəssisələr istisna olmaqla) 338 715 tenge təşkil edib. Bu isə təqribən 1243.46 Azərbaycan manatı deməkdir.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin üçüncü rübündə nominal əmək haqqının orta dəyəri 299 782 tenge (1095.92 AZN) təşkil edib.

 Bu, 2021-ci ilin müvafiq rübü ilə müqayisədə artım 23%, real ifadədə isə 5,8% təşkil edib.

2022-ci ilin üçüncü rübünün qiymətləndirməsinə görə əmək haqqının median dəyəri (əmək haqqı diapazonunun mərkəzi səviyyəsi) 189 018 tenge (691.00 AZN) təşkil edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN