Zəlzələnin Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcəyi gözlənilir. İlkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələri aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər.


Bu fikri iqtisadçı millət vəkili Vüqar Bayramov zəlzələnin qardaş Türkiyənin iqtisadiyyatına mənfi təsirini qiymətləndirərkən bildirib

O, xatırladıb ki, 13.4 milyon vətəndaşın yaşadığı həmin bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir.

Vüqar Bayramov cari ildə Türkiyə iqtisadiyyatının müsbət dinamika ilə inkişaf edəcəyinin gözlənildiyini diqqətə çatdırıb, lakin...

“Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözlənitlər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradirdi”, -deyə bildirib.

 Onun sözlərinə görə, Türkiyə zəlzənin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər.

Qeyd edib ki, hazırda Türkiyənin xarici borcu ÜDM-ə nisbəti 34.0 faizdir.

“Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyi gözlənilir. Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin ərazilərin yenidən qurub və bərpa etmək gücünə malikdir”, - deyə millət vəkili fikrini nikbin notlarla tamamlayıb.

*** 

Əlbəttə, Türkiyə güclü dövlətdir və onun başı üzərində çox soyuq buludlar dolaşıb, çox keşməkeşlər görüb, lakin həmişə dimdik ayaqda qalmağı bacarıb. Bunu da bacaracaq. Çox çəkməz ki, o dağılmış ərazilər əvvəlkindən də gözəl abadlaşdırılar, insanlar yaralarını sarmağı və yaşamağa dördəllə sarılmağı, dövlətini inkişaf etdirməyi bacararlar.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN