Təbiətə sağalmaz zərər vuran plastik butılkalardan hazırlanmış sal istirahət məkanına çevrildi.

Uqanda sakini zibildən sal düzəltdi və onun üzərində üzən restoran açdı. NTD-nin məlumatına görə, onu yaratmaq üçün təxminən on ton plastik butulka lazım olub.

Gəmi 100-də 120 nəfərə qədər insan rahatlıqla yerləşəcək. Turistlərin və yerli sakinlərin fikrincə, salın yaradılmasının böyük faydası olub, çünki sahibi nəinki ətrafı təmizləyib, həm də tamamilə unikal bir şey yaradıb.

Üzən restoranın sahibi Ceyms keçmiş tur bələdçisidir. Sal -restoranın tikintisinə 2017-ci ildə başlanılıb. Əvvəlcə məqsədi güclü yağışlar zamanı Viktoriya gölündən gələn dağ boyda plastik tullantının hara atılacağını göstərmək olub.

Daha sonra o, balıqçılardan kiçik bir ödəniş müqabilində plastik butulkalar almağa başlayır və 6 ayda on ton butılka yığıb. Sonra sal qurmağa başlayıb. Üstəlik, həmin butılkaları torpaqla dolduraraq içinə bitkilər əkib. Həmin bitkilərin  yuxarı hissəsi kölgəlik edir, aşağı hissəsi isə suya girərək balıqlar üçün əlverişli şərait yaradır.

Xatırladaq ki, butulkadan tikintidə istifadə ilk dəfə Azərbaycanın Gəncə şəhərində olub, lakin plastik deyil, şüşə butulkadan. Belə ki, şəhər sakini memar İbrahim Cəfərov hələ sovet dövründə - 1966-cı ildə  butulka və dərman şüşələrindən istifadə edərək möhtəşəm ev inşa etmişdi. Həmin evin tikintisində 48 min butulkadan istifadə olunmuşdu.

butulka-ev

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN