Polşanın ən böyük enerji şirkəti PKN Orlen heç bir cərimə ödəmədən Rusiyanın “Tatneft” şirkəti ilə neft tədarükü müqaviləsini vaxtından əvvəl ləğv edib.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “Reuters” Polşa şirkətinin nümayəndələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Rusiyanın “Drujba” kəməri ilə neft tədarükü faktiki olaraq fevralda, Polşanın Ukraynaya ilk “Leopard” tanklarını təhvil verməsindən bir gün sonra dayandırılıb.

Polşa PKN-nin Rosneft ilə uzunmüddətli müqaviləsi başa çatana - 2022-ci ilin sonuna qədər Rusiya neftindən istifadəni dayandıracağını vəd edib. Tatneft ilə resursun daşınması müqaviləsi 2024-cü ildə başa çatmalı idi. Lakin vaxtından əvvəl dayandırıldı.

Ukraynanın işğalından sonra və Avropa İttifaqı Rusiyadan dəniz daşımalarına embarqo tətbiq etməzdən əvvəl PKN Orlen Rusiyadan neft və dənizlə daşınan yanacaq almağı dayandırdı.

Orlen bildirib ki, hazırda portfeldə Qərbi Afrika, Aralıq dənizi, Fars körfəzi və Meksika körfəzinin nefti var. PKN-nin 2022-ci ildən etibarən Saudi Aramco ilə təchizat müqaviləsi də var.

Polşada neft vəziyyəti

2023-cü ilin fevralında Rusiya “Drujba” boru kəməri ilə Polşaya neft nəqlini dayandırıb. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümünün ertəsi günü baş verib.

Bundan sonra Polşanın baş naziri Mateuş Moravetski Rusiya neftinin ölkəyə idxalının demək olar ki, sıfıra endiyini bildirib.

2023-cü il fevralın 27-də Rusiya “Drujba” kəməri ilə Polşaya neft ixracını dayandırdığını təsdiqləyib.

“Transneft”-in ilkin ixrac planına əsasən, Rusiya neftinin Polşaya tədarükü fevralın son 10 gününə planlaşdırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN