2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxiolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.

Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 milyard 618 milyon manat olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib.

"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", -  deyə nazir qeyd edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN