Bu il ənənəvi olaraq Pasxa bayramı ərəfəsində bir sıra ərzaq məhsullarının qiyməti qalxıb.
Pasxa səbətinin dəyəri ötən illə müqayisədə 24,4% artıb.
ÜmumUkrayna Aqrar Şurasının sədr müavini Denis Marçuk ərzaq qiymətlərinin necə dəyişməyə davam edəcəyini bildirib.
"Pasxa bayramından sonra biz bir sıra məhsulların qiymətində azalma görəcəyik. Yumurta ucuzlaşmalıdır. Çünki belə bir həyəcan zirvəsi olmayacaq. Üstəlik, biz isti mövsümə keçirik, ona görə də yumurta istehsalı artacaq”, - ekspert deyir.
Marçukun proqnozuna görə, may ayının sonuna yaxın Ukraynada tərəvəzlər ucuzlaşmağa başlayacaq, çünki onlar açıq torpaqda çıxacaqlar. İndi Ukraynada da çox baha satılan soğanın da qiyməti aşağı düşəcək.
"Gəlin Pasxa bayramını keçirək - qiymətlərimiz tədricən aşağı düşəcək", - deyə Ümumkrayna Aqrar Şurasının sədr müavini əmin etdi.
2022-ci ilin payızından Ukraynada soğanın qiymətinin rekord həddə bahalaşdığı məlumadur. Mütəxəssislər bu tərəvəzin qiymətinin bu qədər artmasının bir neçə səbəbini, o cümlədən elektrik enerjisinin kəsilməsini qeyd ediblər.
Bu gün Ukrayna bazarlarlarında və supermarketlərdə bir kiloqram soğanın qiyməti 52 qrivna (təqribən 2.42 manat ) ilə 58 (təqribən 2.70 manat) qrivna arasında dəyişir.
Ekspertlərin xəbərdarlıq etdiyi kimi, Ukraynada may ayına qədər soğan daha 30% bahalaşa bilər, baxmayaraq ki, fevralda Ukraynaya soğan idxalı yanvar ayı ilə müqayisədə 2,5 dəfə artıb.
Analitiklər bildiririlər ki, Ukraynada hələ yayın əvvəlində yumurtanın qiyməti indiki qiymətdən 30-35%, yəni 10 ədəd üçün 45-50 (təqribən 2.09 - 2.32 manatadək) qrivnayadək ucuzlaşa bilər. Yəni, yayda yumurtanın 1 ədədinin qiymətinin təqribən 21 -23 qəpiyə (AZN) satılacağı gözlənilir.
Y.MƏMMƏDLİ