Ötən gündən – aprelin 12-dən etibarən Qazaxıstan Respublikasının energetika nazirinin əmri qüvvəyə minib.
Bu barədə Qazaxıstan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənədə əsasən, qiymət hədləriləri:
- AI-92 və AI-93 benzinlərinini 1 litri - 205 təngəyə (təqribən 77 qəpiyə) qədər;
- dizel yanacağı üçün - litr üçün 295 təngəyə (təqribən 1.11 manat) qədər müəyyən edilib.
"Bəzi yanacaq növlərinə yeni pərakəndə satış qiymətlərinin müəyyən edilməsi məcburi tədbirdir və onun maya dəyərinin qonşu ölkələrlə uyğunsuzluğunun azaldılması zərurəti ilə bağlıdır. Bu, neft məhsullarının ölkədən çıxışını azaldacaq və əhalinin daxili bazarda artan tələbatını ödəyəcək”, - Energetika Nazirliyi izah edib.
Qeyd olunur ki, Qazaxıstanda yanacağın qiymətləri 2021-ci ilin payızından bəri dəyişməyib.
Eyni zamanda yaz-tarla işləri başa çatana qədər fermerlər üçün dizel yanacağının qiyməti dəyişməyəcək. Operatorların xərclərini nəzərə alsaq, respublikada fermerlər üçün orta qiymət hər litr üçün 204 təngə (təqribən 77 qəpiyə) təşkil edir ki, bu da bazar qiymətindən 31% aşağıdır.
Yaz-tarla işlərinin aparılması üçün rayonlara 419 min ton ucuz dizel yanacağı ayrılıb ki, bu da bir il əvvəlkindən 19 min ton çoxdur. Yaz-tarla işləri üçün təsdiq edilmiş həcm prioritet qaydada daşınacaq. Fevralda 81,1 min tonun 77,1-i və ya 95%-i, martda 102,2 min tonun 94,2-si və ya 92,2%-i daşınıb.
Eyni zamanda, dizel yanacağının əvvəllər müəyyən edilmiş diferensiallaşdırılmış qiymətləri dəyişməz olaraq qalır. Xüsusilə, Qazaxıstan vətəndaşları sürücülük vəsiqəsini təqdim etdikdən sonra litri 295 tənge qiymətinə gündə 100 litr ala bilərlər.
Yük maşınları, xüsusi, ixtisaslaşdırılmış nəqliyyat vasitələri və avtobuslar üçün, həmçinin Qazaxıstan Respublikasında nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamə təqdim edildikdə, eyni qiymətə gündə təsdiqlənmiş limit 300 litrdir.
Qalan kateqoriyalı şəxslər, eləcə də göstərilən limitdən artıq dizel yanacağı alanlar üçün litr üçün qiymət 450 tənge təşkil edəcək.
JASMİN