Beynəlxalq Valyuta Fondu (BVF) Maliyyə Monitorinqi hesabatında bəyan edib ki, ABŞ-də dövlət borclarının artması yaxın illərdə də davam edəcək
BVF ekspertləri hesab edirlər ki, borcun artımı qismən rəsmi Vaşinqtonun səhiyyə və sosial təminat, təmiz enerji layihələrinə və digər yerli iqtisadi siyasətlərə daha çox vəsait xərcləməsi ilə bağlıdır.
BVF ABŞ və Çinin dünya miqyasında dövlət borcunun artmasında iki əsas aparıcı güc mərkəzi olduğuna diqqət çəkib. Fond xəbərdarlıq edib ki, dövlət borclarının artması və xərclərin genişləndirilməsi inflyasiya təzyiqlərini gücləndirə, mərkəzi bankların səylərini sarsıda bilər.
BVF-nin Maliyyə Məsələləri Departamentinin rəhbəri Vitor Qaspar “Financial Times” qəzetinə açıqlamasında deyib: "Bizim proqnozumuza görə, 2028-ci ilin sonuna dünyada dövlət borcu həcminin iqtisadi artımın təxminən 100 faizinə çatacağı gözlənilir".
BVF həmçinin ABŞ və İsveçrədəki son bank problemlərinin qlobal maliyyə böhranı risklərini artırdığını və bunun dövlət sektorunun balans hesabatlarına daha çox təzyiq göstərə biləcəyini bildirib.