Daha çoxu Türkiyədən - 39%-i
***
Gürcüstan Respublikasının Dövlət Statistika Departamentinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında ölkə 1 milyon, 396 min ton (5 milyon 494 min dollar dəyərində) "ikinci əl" paltar alıb.
Qeyd edilib ki, cari ilin bu aylar üzrə göstəriciləri ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 15% azdır.
Belə ki, 2022-ci ildə bu geyimlərin ümumi həcmi 10 milyon, 882 min tondan çox olub. Ötən il ölkəyə gətirilən "ikinci əl" geyim vasitələrinin 39%-i Türkiyənin payına düşüb. İkinci sırada Pakistan, üçüncü sırada isə Birləşmiş Krallıq qərarlaşıb.
Yalnız 25%-i Aİ ölkələrinin payına düşüb.
Qeyd edək ki, Azərbaycanda da “MEMİ” brendi adı altında “ikinci əl” geyimlərin satıldığı mağazalar mövcuddur. Belə mağazalara müraciət edənlərin sayı da az deyil. Tibb üzrə mütəxəssislərin fikrincə, həmin geyimlər xəstəlik mənbəyidir. Onların sahiblərində dəri xəstəliyi olubsa bu keçici ola bilər. Və belə geyimləri aldıqda təmizliyi barədə sertifikat tələb etmək lazımdır. Bəzi məlumatlara görə isə “ikinci əl” geyimlər həmin ölkələrin paltar bazalarında toplanılır və müvafiq dezinfeksiya tədbirləri görüldükdən sonar satışına icazə verilir.
Əvvəllər Azərbaycana belə geyimlər daha çox Niderland Krallığından gətirilib.
Y.MƏMMƏDLİ