Bu ilin yanvar-mart aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2 033,18 min ABŞ dolları və ya 21 faiz artaraq 11 707,67 min dollar təşkil edib.

TEZADLAR.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan Macarıstana 333,92 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 4,65 min dollar və ya 1,4 faiz azdır.

Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 21,8 faiz və ya 2 037,83 min dollar artaraq 11 373,75 min dollar təşkil edib.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,01 faiz bəndi çoxdur.

vergiler.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN