Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin

(Rosselxoznadzor) məlumatına görə, Rusiyanın daha 23 heyvandarlıq məhsullarının, habelə yem və yem əlavələrinin istehsalı və saxlanması üzrə müəssisəsi Azərbaycana ixrac etmək hüququ əldə edib.

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın müəssisələrinə heyvan mənşəli məhsulların ixracı hüququnu şirkətlərin Azərbaycanın baytarlıq-sanitariya tələblərinə əməl etməsinə zəmanət əsasında verib.

 Məlumatda qedy edilir ki, indiyədək 1100-dən çox Rusiya müəssisəsi öz məhsullarını Azərbaycana ixrac etmək hüququna malikdir və onların siyahısını genişləndirmək istiqamətində işlər aparılır.

Qeyd edək ki, cari ildə ölkəmizə ət idxalı artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında 14,2 min ton ət idxal edilib.

İdxal edilən ətin dəyəri 24,9 milyon dollar olub.

Bildirilib ki, ötən ilin eyni dövründə dəyəri 21,1 milyon dollar olmaqla 12,2 min ton ət idxal edilib.

Azərbaycanda ət istehsalı fa ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ölkə üzrə quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət istehsal olunub.

Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı üzrə 3,1 faiz artım deməkdir.

Lakin çox təəssüf ki, həm yerli ət istehsalının, həm də idxalın artmasına baxmayaraq, ətin kiloqramı ucuzlaşmaq əvəzinə bahalaşmaqdadır...

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN