booked.net booked.net  

Qardaş Türkiyə Respublikası qeyri-neft ixracatımızda BİRİNCİDİR.

Bu ilin ilk 4 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının 34.2 faizi qardaş Türkiyəyə ixrac edilib. Uzun müddət ölkəmizin qeyri-neft ixracatında birinci olan Rusiya 24.0 faiz payla ikinci sıraya enib.

Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

 O diqqətə çatdırıb ki, 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187 milyon dollar olub.

"Qeyri neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı Gürcüstan (12,0 faiz), İsveçrə (4,1 faiz), Qazaxıstan (2,9 faiz), Türkmənistan (2,3 faiz), Ukrayna (2,3 faiz), İtaliya (1,6 faiz), Belçika (1,5 faiz), Özbəkistan (1,3 faiz), Rumıniya (1,3 faiz), Almaniya (1,1 faiz), Çin (1,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,1 faiz) ticarət tərəfdaşlarımızdır.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur. Artıq iki ölkə arasında ticarət döriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır", - Vüqar Bayramov vurğulayıb.

 ***

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ilin ilk rübündə Azərbay­can dünyanın 171 ölkəsi ilə 11 milyard 771 milyon 190 min dollarlıq idxal-ixrac əməliyyatı aparıb ki, bu da ötən illin eyni dövrünə nisbətən 7,3 faiz çoxdur. Xa­rici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın pa­yına düşüb. Göründüyü kimi, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsində 3 milyard 711 milyon 470 min dollarlıq müsbət saldo yaranıb. 

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki,cari ilin ilk rübündə Azər­baycanın qeyri-neft ixracı 23,2 faiz ar­taraq 912,2 milyon ABŞ dolları səviy­yəsinə çatıb. Bu da ölkəmizin apardığı ixrac əməliyyatlarının tarixində ilin bi­rinci rübü ərzində əldə olunmuş ilk belə uğurdur. 

Həmçinin 2023-cü ilin yanvar–fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Təkcə fevral ayında qardaş ölkəyə ixracın dəyəri iki dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN