Bolqarıstan hökuməti Rusiya qazının tranzitinə vergi tətbiq edib.

Tezadlar.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə qaz sənayesindəki mənbə məlumat verib.

Məlumata görə, bu, bahalı LNG ilə müqayisədə onun rəqabət qabiliyyətini azaltmaq üçün lazımdır. Eyni zamanda, vergi Bolqarıstan və Yunanıstan şirkətlərini vura və ümumi qiymət artımına səbəb ola bilər. Söhbət 20 lev/MVt və ya hər MVt üçün təxminən 10,2 avro verginin tətbiqindən gedir.

Yunanıstan mətbuatının yazdığına görə, Yunanıstan hakimiyyəti Bolqarıstanla Rusiya arasında gərginliyin artmasını “Qazprom”un qazına son qoymaq və 2026-cı ildə başa çatacaq müqavilədən qurtulmaq üçün bir fürsət hesab etdiklərini gizlətmir. Bu, Rusiyanın qaz nəhəngi Bolqarıstanda təcili rüsum ödəməkdən imtina edərsə baş verə bilər. Bununla belə, LNG qiymətlərində gözlənilən artım fonunda bunun Yunanıstan iqtisadiyyatına necə təsir edəcəyi məlum deyil. Yunanıstanın dövlət qaz şirkəti DEPA Commerce-in (DEPA Emporias) gələcəyi də “Qazprom”la müqavilədən asılıdır.

Rusiyadan gələn təbii qaz Türkiyədən Bolqarıstana “Türk axını” qaz kəmərinin ikinci xəttinin qurudan uzanması ilə gəlir və daha sonra tranzit olaraq Serbiyaya, oradan da Macarıstana verilir. “Bulgargaz” yeni ödəniş proseduruna keçməkdən imtina etdikdən sonra Bolqarıstan Rusiya qazını birbaşa almır.

Eyni zamanda, bolqarlar hər MVt üçün 10,2 avro və ya min kubmetr üçün 100 dollardan çox əlavə vergi tətbiq ediblər. Əgər boru kəməri qazının qiyməti hazırda min kubmetr üçün təqribən 400 dollardırsa, o zaman mükafat dəyərin 25%-ni təşkil edəcək. Agentliyin mənbəsi bildirib ki, Serbiya və Macarıstan bunun quldurluq olduğunu və ödəniş etməyəcəklərini bildiriblər və Budapeşt artıq Avropa Komissiyasına Bolqarıstanın artan tarifi tətbiq etmək qərarının Avropa İttifaqı standartlarına uyğun olub-olmaması ilə bağlı araşdırma açmaq üçün sorğu göndərib.

Hazırda “Bulqartransqaz” şirkəti çətin vəziyyətdədir, müflis ola bilər. DEPA Commerce-in gələcəyi “Qazprom” ilə müqavilənin saxlanılıb-saxlanılmamasından asılı olacaq.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN