Qazaxıstanda düyü idxalının payı 4%-dən 14%-ə yüksəlib.

Bu barədə Energyprom.kz məlumat yayıb.

Qazaxıstan Respublikasında düyü demək olar ki, hamısı Qızılorda vilayətində istehsal olunur, qalan 10%-dən az hissəsi Almatı, Türküstan və Jetısu vilayətlərinin payına düşür.

2023-cü ilin yanvar-avqust aylarında ölkəyə 21 min ton yarımqabıqlı, tam qabıqlı və ya parçalanmış düyü idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Daxili bazarda idxalın payı 3,9%-dən 13,6%-ə yüksəlib. 74,8 min ton düyü ixrac edilib ki, bunun da yarıdan çoxu Özbəkistana göndərilib. İxracın əhəmiyyətli həcmi də Rusiya və Tacikistanın payına düşüb.

Bu ilin oktyabr ayının sonunda düyü qiymətləri il ərzində 40,3% bahalaşıb - ötən il qiymətdə 28,9% artım müşahidə olunduğundan xeyli çox. Bundan əvvəl düyü iki il dalbadal ucuzlaşmışdı.

2023-cü ilin oktyabrında düyünün bir kiloqramının orta pərakəndə satış qiyməti 2022-ci ilin oktyabrında 473 təngəyə (təqribən 1 manat 75 qəpik) qarşı 654 tenge (təqribən 2 manat 45 qəpik) təşkil edib.

Qazaxıstan Respublikasının iri şəhərləri arasında üyüdülmüş və cilalanmış düyü üçün ən yüksək qiymət Aktauda qeydə alınıb: kq-ı 904 tenge (təqribən 3 manat 40 qəpik). Sonrakı yerdə Uralsk və Astana gəlir: müvafiq olaraq 829 tenge və 821 tenge.

Ən ucuz düyü Qızılorda (495 tenge – təqribən 1 manat 85 qəpik), Petropavlovsk (510 tenge) və Taldıkorqanda (kq 519 təngə) olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 41 milyon 71,16 min dollar dəyərində 45 min 645,57  ton düyü idxal edilib. Beləliklə, bir ton düyünün idxal qiyməti bu il 900 dollar, ötən ilin müvafiq dövründə 845 dollar təşkil edib.

Və Azərbaycanda düyünün kiloqramə 2021-ci ildən bəri daha da bahalaşıb. Uzun düyünün 1 kiloqramının orta qiyməti 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 3,98 manatdan bu il 4,45 manatadək yüksəlib. Bununla da orta qiymət 56 qəpik, yəni 14,3 faiz artıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN