Qlobal qaz qiymətləri 2023-cü ildə sabitləşsə də, tarixi orta göstəricilərdən yüksək olaraq qalır.
Bu barədə "Shell"-in LNG bazarına dair illik hesabatında deyilir. Rusiyadan qaz tədarükünün azalması qaz bazarında gərginliyi saxlayır.
Nisbətən mülayim qış temperaturu, böyük qaz ehtiyatları, nüvə enerjisi istehsalının artması və Çinin mülayim iqtisadi dirçəlişi ilə birlikdə 2023-cü ildə qlobal qaz bazarında tarazlıq yaratmağa kömək etdi.
“Bu, 2021-ci ilin sonundan 2022-ci ilə qədər yaşanan rekord hədlər və görünməmiş qeyri-sabitlik ilə müqayisədə Avropa və Şərqi Asiyanın əsas idxalçı regionlarında qaz qiymətlərinin azaldılmasına və sabitləşməsinə kömək etdi. Bununla belə, qaz qiymətləri və dəyişkənlik 2017-2020-ci illər ilə müqayisədə 2023-cü ildə əhəmiyyətli dərəcədə yüksək olaraq qaldı", - hesabatda deyilir.
Hazırda Avropada birjada qaz 2023-cü ilin iyulundan bəri ilk dəfə olaraq 1 min kubmetr üçün 280 dollardan aşağı satılır. Bu barədə London ICE birjasının məlumatında deyilir.
E.ŞİRİNOV