Ötən il Azərbaycanda istehsal olunan avtomobillərin 11 faizi xarici ölkələrə ixrac edilib.

TEZADLAR.AZ xəbər verir ki, bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gulay Həsənova deyib. Onun sözlərinə görə, avtomobillər Rusiya və Özbəkistana ixrac edilib. Hazırda ixrac imkanlarının genişləndirilməsi məqsədilə danışıqlar aparılır.

“Azərmaş CP” MMC fəaliyyətə başladığı gündən “Nexia”, “Spark”, “Cobalt”, “Lacetti”, “Onix”, “Captiva”, “Tracker”, “Malibu”, “Equinox”, “Traverse”, “Tahoe” minik avtomobilləri ilə yanaşı, həm də yüngül kommersiya avtomobilləri olan “Damas” modeli üzrə avtomobillər istehsal edir. 2023-cü il ərzində Hacıqabul Avtomobil Zavodunda “Chevrolet” markalı “Damas”, “Nexia”, “Spark”, “Cobalt”, “Lacetti”, “Onix”, “Captiva”, “Tracker”, “Malibu”, “Equinox”, “Traverse”, “Tahoe” modelləri üzrə 3037 ədəd avtomobil istehsal olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN