İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
***
2024-cü ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
TEZADLAR.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 mart 2024-cü il tarixinədək 630,7 milyon tonu ixraca nəql edilib.
2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 30,2 milyon ton, ixracı isə 25,2 milyon ton təşkil edib.
Y.Məmmədli