Nəhayət, Ağdam-Füzuli avtomobil yolunun inşasının bu il tamamlanacağı gözlənilir...

Bunu mediaya açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib. Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5metr təşkil edir.

Xatırladırıq ki, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək.

Qarabağ Azərbaycandır!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN