Bu ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
TEZADLAR.AZ Fondun məlumatına əsasən xəbər verir ki, hesabat dövründə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarlıq subyektlərinin payı 97,1 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 2 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 0,8 faiz təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-mart ayları ərzində Fond tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib ki, bunun hesabına 751 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Ayrılan güzəştli kredit məbləğinin 59,9 faizi və ya 25,8 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Kredit məbləğinin 35,5 faizi (15,3 milyon manatı) sənaye məhsullarının istehsalı və emalının, 1,6 faizi (689,6 min manatı) turizm, 3 faizi (1,29 milyon manatı) digər sahələrin payına düşüb.