Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadşı ekspert Vüqar Bayramov məlumat verib. 
Deputat diqqətə çatdırıb ki, Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərdəndir.
"Burada dünyanın aparıcı ölkələrinin şirkətləri təmsil olunur. Bütün bunlar isə onlardan xəbər verir ki, kifayət qədər böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da vacibdir.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, enerji siyasətinin bütün seqmentlərini əhatə edir. Bu tədbir, eyni zamanda yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək.
Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət- özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. Həm də innovasiya və texnologiyanın təqdimatı baxımından çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan, regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Sonra dövlətimizin başçısı sərgilərlə tanış olub.

Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN