2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, ötən 5 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 11 231,4 mln. kVt·st olub.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 9 685,6 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 525 mln. kVt·st artımla 1 197,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 mln. kVt·st artımla 348,5 mln. kVt·st. təşkil edib. 5 ay ərzində külək elektrik stansiyalarında 26,3 mln. kVt·st, günəş elektrik stansiyalarında ötən ilin müvafiq dövrünə nisbətən 181 mln. kVt·st artımla 206,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 900,6 mln. kVt·st (İES-lərdə 8 789,5 mln. kVt·st, SES-lərdə 1 111,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 177,3 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 79,2 mln. kVt·st, Günəş ES-də 24,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 134,3 mln. kVt·st təşkil edib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 426,8 mln. kVt·st, idxalı isə 80,9 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 999,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 20,4 mln. kVt·st, idxalı isə 19 mln. kVt·st  təşkil edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN