Energetika Nazirliyində əməkdaşlar arasında kommunikasiyanın düzgün qurulması və münasibətlərin effektiv təşkili məqsədilə təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimdə Dövlət İmtahan Mərkəzinin nümayəndələri Gülü Əliyeva və Nərmin Xəlilovanın mövzu ilə əlaqədar təqdimatları dinlənilib. Münaqişə anlayışı, istiqamətinə və həcminə görə növləri, yaranma səbəbləri və effektiv həlli, mürəkkəb insan tipləri, işgüzar mühitdə yaranmış gərgin situasiyalarda düzgün davranış strategiyaları, münaqişələrdə ünsiyyətlə bağlı əsas məqamlar, emosiyalara qarşı davranış və digər məsələlər haqqında ətraflı məlumat verilib. Sonda fərqli situasiyalara dair praktiki tapşırıqlar yerinə yetirilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 25 əməkdaşı iştirak edib.
R.XUDATQIZI