Yeni yüksək sürətli maqnit levitasiya nəqliyyat sistemi bu yaxınlarda Şansi əyalətində nümayiş sınaqlarını tamamladı və

1000 km/saat sürətə çata bilən maqnit levitasiya qatarının yaradılmasında daha bir nailiyyəti qeyd etdi.

  TEZADLAR.AZ Çin təhlükəsi telegram kanalına istinadən xəbər verir ki, sınaq aşağı vakuum şəraitində 2 km uzunluğunda boru kəmərinin içərisində maqnit levitasiyalı superkeçirici nəqliyyat vasitəsində aparılıb. 

Gələcəkdə bu sistem meqapolislər arasında səyahət etmək üçün istifadə edilə bilər, hansı ki, bu, Pekindən Şanxaya təxminən bir saat yarıma çatmaq imkan verəcək.

Xatırladaq ki, hələ bir neçə il öncə saatda 600 kilometrə qədər sürət yığa bilən qatar ilk hərəkətini Çinin şərqindəki Şandonq əyalətinin Qinqdao şəhərinə edib.

Həmin maqnetik levitasiya qatarı təkərlər ilə relslər arasında sürtünmənin olmaması səbəbindən daha az səs edir.

Məlum olduğu kimi, Çin sürətli dəmir yollarının inşası üzrə dünyada liderliyini qorumaqdadır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN