Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhət saat 6-da tamamlanıb.
TEZADLAR.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.
"Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat bir neçə dəqiqə ərzində yayacağıq", - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün redaksiyamıza paytaxtın Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Əjdər Xanbabayev, Qədirli, Mərdanov qardaşları küçələrində yaşayan sakinlərin susuz qalması barədə şikayət məktubu daxil olmuşdu.
Şikayətçilər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin əvvəlcədən yaydığı məlumatla tanış edildi və təmir işləri bitdikdən sonra qısa zamanda həmin ərazilərin su ilə təmin olunacağı bildirildi.
Həmin məlumatda deyilirdi:
Avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz - Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.
Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.
Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin
Mətbuat xidməti
JASMİN